Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın saytında verilmiş məlumata görə, İK Topaz Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Neftçi” matçı ilə bağlı bəzi qərarlar çıxarıb.
Oyunun 20-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.
Oyunun 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunub.
Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi”nin azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ”ın təqdim edəcəyi məbləğin “Neftçi” tərəfindən ödənilməsi barədə qərar verilib.