Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır

13:42 - 31 Yanvar 2017 - İQTİSADİYYAT

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinin 95 faizi başa çatıb. Trend-in məlumatına görə, BTQ-nin tikintisi Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslanın nəzarətində davam edir. Tikinti işləri 30 dərəcə şaxtada iki növbəli olmaqla, magistralın müxtəlif hissələrində aparılır.
Qeyd edək ki, bir müddət əvvəl türkiyəli nazir dəmir yolunun tikintisinin iki-üç ay ərzində başa çatacağını demişdi.

Xəbər xətti