Bakıda mənzildə Gürcüstan vətəndaşının meyiti tapılıb. "Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən evlərin birində 1933-cü il təvəllüdlü Osmanov Diley Qurbanoviçin meyiti aşkarlanıb. D.Osmanovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Meyitin üzərində hər hansı bir zorakılıq əlaməti görülməyib. Faktla bağlı araşdırma aparılır.