ABŞ-ın sabiq prezidenti Barak Obama Birləşmiş Ştatlar ərazisində Donald Tramp əleyhinə keçirilən aksiyaları dəstəkləyib. "Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, Obamanın nümayəndəsi Kevin Lyuisin "Twitter"də verdiyi bəyanata əsasən sabiq dövlət başçısı insanların dininə və ya inamına görə diskriminasiyalara məruz qalmasına qarşı çıxıb. Bu, Obamanın prezident vəzifəsindən getdikdən sonra ilk bəyanatıdır. Bəyanatda bildirilir ki, öz administrasiyasının addımları ilə cari qərarları müqayisələrini nəzərə alan sabiq prezident prinsipial olaraq insanların inamı və ya dini səbəbdən diskriminasiyaya məruz qalması ilə razı deyil.