Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Arif Novruzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, cinayət hadisəsi ötən il Bakının Qaradağ rayonunda baş verib. A.Novruzov ailə münaqişəsi zəminində arvadı Nurlana Novruzovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra A.Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.