Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın Gürcüstana rəsmi səfəri başlayıb. “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, yanvarın 29-da ölkəyə səfər edib. T.Yaqland səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Mixali Canelidze ilə görüşüb. Səfərdə 2016-2019-cu illər üzrə Gürcüstanla Avropa Şurası arasında əməkdaşlığa dair “Fəaliyyət proqramı”nın reallaşması müzakirə olunub. O, Gürcüstan prezidenti Georgi Marqelaşvili və parlament üzvləri ilə də görüşlər keçirəcək.