Xəzər dənizinin Azərbaycan sektorunda növbəti dəfə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla yanvarın 29-da saat 22:20-də 3 bal gücündə qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Dağıntı və tələfat barədə məlumat yoxdur. Yanvarın 29-da ilk yeraltı təkanlar yerli vaxtla saat 13:06-da 3,3 bal gücündə qeydə alınmışdı.