Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirilən "Fərat qalxanı" əməliyyatının 159-cu günündə İŞİD terror təşkilatının mövqelərinə zərbələri davam etdirib."Report" "Anadolu"ya istinadən xəbər verir ki, növbəti əməliyyat günündə terrorçuların Suriyanın şimalında yerləşən 18 mövqeyinə zərbə endirilib.Nəticədə 18 terrorçu zərərsizləşdirilib.