Elman Rüstəmov dolların yenidən bahalaşacağı xəbərinə münasibət bildirib

18:06 - 28 Yanvar 2017 - İQTİSADİYYAT

“Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq” 


Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib. Ucnoqta.az-ın xəbərinə görə, Elman Rüstəmov unikal.org-a eksklüziv açıqlamasında deyib ki, bu gün dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edilir: "Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.

E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb.

Xəbər xətti