Bakıda həkim qadın avtomobillə piyadanı vuraraq öldürüb

11:14 - 28 Yanvar 2017 - Xəbər

 Bakıda həkim qadın avtomobillə piyadanı vuraraq öldürüb.Ucnoqta.az-in məlumatına görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində baş verib. Belə ki, Əlixanova Səidə Mayis qızı idarə etdiyi “Hyundai Tucson” markalı 38-BE-109 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Həşimov Mirfəda Seyidəli oğlunu avtomobil vurub. M.Həşimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Faktla bagli Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.Qeyd edək ki, piyadanı avtomobillə vuran qadın “Səhhət” Tibbi Klinikasında həkim işləyir.

Xəbər xətti