Güclü qar və yolların buz bağlaması Bakı-Sumqayıt şossesində zəncirvari qəzaya səbəb olub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, qəza nəticəsində bir neçə avtomobil toqquşub. Toqquşan avtomobillərdən ikisi yolun kənarındakı maneələrə çırpılıb. Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib.