Nəsimidə qanvermə aksiyası keçirilib

17:05 - 27 Yanvar 2017 - Cəmiyyət

27 yanvar tarixində Nəsimi Rayon  İcra Hakimiyyəti tərəfindən 20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə humanitar qanvermə aksiyası keçirilib. İcra hakimiyyətindən ucnoqta.az-a verilən məlumata görə, qanvermə aksiyası B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun Mərkəzi qan bankının xüsusi tibb briqadasının iştirakı ilə talassemiya və digər irsi xəstəliklərdən  əziyyət çəkənlərə dəstək olaraq  keçirilib.
Qanvermə aksiyasında Nəsimi rayonu ərazisində yerləşən idarə və təşkilatların, orta təhsil müəssisələrinin  kollektivləri,ümumiyyətlə, 500-dən çox könüllü  iştirak etmişdir.Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildirdilər.


Xəbər xətti