"Qarabağ"ın futbolçusu Riçard Almeyda və Miçel Madera komanda yoldaşları, bu gün Türkiyənin "Adanaspor" klubu ilə müqavilə imzalayacaq Reynaldo ilə vidalaşıblar. Uvnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Almeyda Reynaldo ilə olan fotosunu şəxsi "instagram" hesabında paylaşıb. Təcrübəli futbolçu yazdığı şərhdə həmyerlisi üçün darıxacağını qeyd edib: "Əziz qardaşım, yaxşı yol. Həyatının yeni mərhələsində sənə uğurlar arzu edirəm. Tanrı həmişə səni qorusun. Həmişə olduğu kimi, "Adanaspor"da da böyük uğurlar qazanacağına əminəm. Mənə görə də narahat olma. Sənin üçün həmişə darıxacağam. Səninlə keçirdiyimiz anlar çox gözəl idi".
"Qarabağ"ın ispan futbolçusu Miçel Madera da Reynaldoya gələcək karyerasında uğurlar arzulayıb: "Qardaş? sən bizi buraxıb gedirsən. Hər şey üçün təşəkkürlər. Mən sənə həyatının yeni mərhələsində uğurlar arzulayıram!!! Səni çox sevirəm! Sən həmişə mənim ailə üzvüm olacaqsan, ürəyimdə olacaqsan. Uğurlar qardaş!"
Qeyd edək ki, Reynaldo 2013-cü ildən, Almeyda isə 2012-ci ildən "Qarabağ" da çıxış edir.