Əfqanıstanın şimalında, Cauzcan vilayətinin Dərzab qəzasında qarlı-şaxtalı hava səbəbindən son bir neçə gün ərzində ən azı 27 uşaq ölüb.Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyətə istinadən xəbər verir.Faklı Dərzab qəzasının rəhbəri Rəhmətullah Haşar təsdiqləyib.
Onun sözlərində görə, hazırda kəndləri və tibbi mərkəzləri birləşdirən yollar da keçilməz vəziyyətdədir.