Gəncədə mənzildə yanğın baş verib, 55 yaşlı şəxs yanaraq ölüb

11:01 - 26 Yanvar 2017 - HADİSƏ

Gəncədə 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb. Məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti