Meksikada fişəng bazarında baş vermiş partlayışda ölənlərin sayı 42 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, partlayış zamanı yanıq xəsarətləri almış 70 yaşlı qadın paytaxt yaxınlığındakı xəstəxanada dünyasını dəyişib. Hadisə zamanı 20 nəfər partlayışın baş verdiyi ərazidəcə ölüb. Müxtəlif xəsarətlər almış daha 22 nəfər xəstəxanalarda dünyalarını dəyişiblər. San-Pablito bazarı Meksikada qanuni pirotexniki vasitələrin satıldığı iri ticarət mərkəzidir. Burada 300-dən artıq mağaza fəaliyyət göstərir. Partlayış 290-dan çox ticarət köşkünü məhv edib. Hadisə zamanı bazarda 2000 adam olub. Onlar katolik mərasimi ərəfəsində pirotexniki vasitələr alırmış.