Livanın xüsusi xidmət orqanlarının əməkdaşları bu ölkə barəsində "Mossad" üçün informasiyalar toplayan İsrailin kəşfiyyat qrupunun üzvləri həbs edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Livanın xüsusi xidmət orqanlarının bu məqsdələ keçirdiyi əməliyyat zamanı 2 nəfər saxlanılıb. Rəsmi məlumtda bildirilir ki, onlardan biri qaçqın statuslu fələstinli, digəri isə Nepal vətəndaşıdır. İttiham edilənlər istintaq zamanı təqsirlərini etiraf ediblər. İttiham edilənlər bildiriblər ki, İsrailin Türkiyədə, İordaniyada, Böyük Britaniyada və Nepaldakı səfirlikləri ilə telefon vasitəsilə əlaqə saxlayıblar. Həmçinin məlum olub ki, Nepaldan olan casuslar İsrailin xeyrinə informasiya toplamaq üçün bu ölkədəki diaspor nümayəndələrini də ələ alıblar. "Casus şəbəkəsinin digər üzvlərinin aşkarlanması və həbs edilməsi məqsədilə operativ tədbirlər davam etdirilir" – deyə rəsmi məlumatda bildirilir.