Nigeriya polisi ölkədə terror aktı törətmək hazırlığında şübhəli bilinən 3 nəfəri zərərsizləşdirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Borno ştatının polis rəisi məlumat verib. Məlumata görə, hüquq-mühafizə orqanları Mayduquridə planlaşdırılan 3 terror aktının qarşısını alıblar. Belə ki, terrorçu-kamikadzelərin ikisi polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Lakin üçüncü terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salmağa nail ola bilib. Onun zərərsizləşdirilməsinə cəhd zamanı baş vermiş partlayış zamanı yaxınlıqdakı ərazidən keçən bir nəfər həlak olub. Partlayış zamanı daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları terror aktının arxasında "Boko Haram" qruplaşmasının dayandığını güman edir.