"Formula-1" maşınları sinfində avtomobil yarışları üzrə dünya çempionatının yeni sahibi olmuş Amerikanın "Liberty Media" korporasiyası turnirin təqviminə ABŞ-da keçiriləcək küçə yarışını da əlavə etməyi planlaşdırır. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Formula-1"in yeni icraçı direktoru Çeyz Kerinin sözlərinə görə, o turnirin cəlbediciliyini yaxşılaşdırmaq niyyətindədir. Xüsusilə, "Liberty Media" turnirin artıq ABŞ Qran-prisinin olduğu (Ostində keçirilir, Texas ştatı) təqviminə Nyu-York, Los-Anceles, Mayami və ya Las-Veqas küçələri üzrə yarışları əlavə etmək niyyətindədir.
2017-ci il mövsümünün təqvimində üç küçə yarışı planlaşdırılır: bu Monako, Azərbaycan və Sinqapur qran-priləridir.