Sərhəddə hərbi maşın atəşə tutuldu

11:27 - 25 Yanvar 2017 - HADİSƏ

İsrailin hərbi gözətçi maşını Livan ilə sərhəddə avtomat silahlardan atəşə tutulub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb. Hadisə Metulla şəhəri ərazisində qeydə alınıb. İsrail mənbələri atəşin Livan ərazisindən açıldığını xəbər verirlər. İnsident nəticəsində ölən və yaralanan olmayıb.

Xəbər xətti