İtaliyada qar uçqunu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

11:00 - 25 Yanvar 2017 - HADİSƏ

İtaliyanın mərkəzindəki Qran-Sasso dağ massivində yerləşən "Rigopiano di Farindola" mehmanxanasının qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb."Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı ANSA agentliyi məlumat yayıb.Son olaraq dağıntılar altından kişi meyiti çıxarılıb.Hazırda 11 nəfər itkin düşmüş hesab olunur.

***01:04

Yanvarın 18-də baş vermiş təbii fəlakət nəticəsində qar uçqunu altında qalan "Rigopiano" dağ otelində axtarış işlərində iştirak edən yanğınsöndürənlər çərşənbə axşamı dağıntılar altından daha bir qadının meyitini çıxarıblar.

"Report" xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Hazırda 12 nəfər itkin düşmüş hesab olunur, 11 nəfəri isə xilas etmək mümkün olub.

22:10, 24 yanvar

İtaliyanın Qran-Sasso dağ massivində qar uçqunu altında qalan "Rigopiano di Farindola" mehmanxanasında ölənlərin sayı 16 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Hazırda 13 nəfər itkin düşmüş hesab olunur.

 

Xəbər xətti