Rusiya strateji aviasiyası İŞİD-in Suriyadakı mövqelərini bombalayıb. Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, yanvarın 23-də Rusiyaya məxsus 6 ədəd “Tu-22 M3” təyyarəsi İran və İraq üzərindən uçaraq Suriyanın Deyr-əz-Zor yaşayış məntəqəsində yerləşən İŞİD-in silah-sursat anbarına zərbə endirib. Zərbələr nəticəsində bütün hədəflər məhv edilib.
Nazirlik bombardmançı təyyarələrin Rusiyadakı aerodromdan, onları müşayiət edən qırıcı “Su-30 sm” və “Su-35 s” təyyarələrinin isə Hmeymim aviabazasından havaya qalxdığını açıqlayıb.