Bakıda 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın baş verib

10:51 - 23 Yanvar 2017 - HADİSƏ

Paytaxtın Xətai rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verib. Məlumata görə, rayon ərazisindəki ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib. Mənzil yanğından mühafizə olunub. 

Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti