Qazaxıstan Xarici İşlər Nazirliyi sabah Astanada Suriya böhranının tənzimlənməsi üzrə danışıqların yerli vaxtla saat 13.00-da (Bakı vaxtı ilə saat 11.00) başlayacağını açıqlayıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, danışıqların yanvarın 24-də eyni vaxtda, saat 13.00—da başa çatacağı gözlənilir.
Danışıqlar Astanada “Rixos President” otelində, mətbuat üçün qapalı şəraitdə keçiriləcək.