Bakıda mənzildə yanğın olub

10:04 - 21 Yanvar 2017 - HADİSƏ

Bakıda yanğın qeydə alınıb.Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında məişət əşyaları yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 07:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti