İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu kareyrasını Çində davam etdirəcək. "Report" "Don Balon" jurnalına istinadən xəbər verir ki, klubun prezidenti Florentina Peres buna eyham vurub. Onun sözlərinə görə, 31 yaşlı hücumçu buna 2018/2019 mövsümündə nail olacaq. Madrid təmsilçisi ötən ilin noyabrında portuqaliyalı futbolçu ilə müqavilə müddətini 2021-ci ilədək artırsa da, onun satışından əldə olunacaq məbləğ kluba böyük xeyir verəcək.
Bir müddət əvvəl Çin klubu Ronaldu üçün 300 milyon avro təklif edib.
Qeyd edək ki, Ronaldu 2009-cu ildən "Real Madrid"də çıxış edir.