Ermənistanın Qafan şəhərindəki tibbi mərkəzdə təcavüz nəticəsində 20 gün ərzində 5 nəfər ölüb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ölənlərdən 4-ü uşaqdır. Məlumata görə, tibb mərkəzinin direktoru Smbat Orbelyan işdən azad edilib. Faktla bağlı araşdırma aparılır.