İnquşetiyada polis yoldan keçənləri öldürməklə təhdid edən qardaşını güllələmək məcburiyətində qalıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, tapança ilə silahlanan 30 yaşlı evinin həyətində dayanaraq yoldan keçənləri öldürəcəyi ilə təhdid edib. Daha sonra vətəndaşlar üçün araya girən polis qardaşı tərəfə atəş açmağa başlayıb. Qardaşı isə tabeliyində olan silahla cavab verib, hücum edən şəxs aldığı yaradan hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.