Vergilər Nazirliyi təsərrüfat mallarının (Lot-1), poliqrafiya məhsullarının (Lot-2) və dəftərxana mallarının (Lot-3) alınması məqsədi ilə açıq tenderlər elan edib. Bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, hər 3 tenderdə iştirak haqqı 400 manatdır. İddiaçıalar ilkin sənədləri fevralın 8-nə qədər, tender təklifi və onun təminatını isə fevralın 16-na qədər nazirliyə (Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Gülbahar Qasımovadır.
Təkliflərə fevralın 17-də adı çəkilən ünvanda baxılacaq.