Türkiyə polisi yanvarın 17-də Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirildiyi sərginin təşkilatçısını saxlayıb. Bu barədə "Hürriyet Daily News" qəzeti yazıb.
Tədbir təşkilatçısı bir müddət əvvəl bildirib ki, səfirin qatili Mövlud Mərd Altındaş sərgi başlanmazdan üç gün əvvəl tədbirin keçiriləcəyi binada olub. Bu bəyanat onun dindirilmək üçün saxlanmasına səbəb ola bilər.
Səfir Andrey Karlov 19 dekabr 2016-cı il tarixində axşam Ankarada keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək qətlə yetirilib.