Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi "Boavişta"nın qapıçısı Kamran Ağayevi cəzalandırıb. Portuqaliya mətbuatında yayılan xəbərə görə, buna millimizin qapıçısının ölkə çempionatının 17-ci turunda "Benfika" ilə oyundan sonra insident zamanı birbaşa qırmızı vərəqə alması və mübahisədə iştirak etməsi olub.
Buna görə o, 3 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, K.Ağayev oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər. qol.az