Dünya birjalarında neft bahalaşır. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və 1,49% artaraq 53,15 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar və ya 1,29% artaraq 56,58 dollar olub.
Neftin bahalaşmasına Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin açıqlaması səbəb olub. Nazir bildirib ki, hazırda neft bazarı bərpa olunmaqdadır və "bu proses cari ilin birinci yarısının sonunadək başa çatacaq". "Düzdür, bu müddət ərzində çox şey baş verə bilər, iyunun sonunda vəziyyəti qiymətləndirə bilərik", - deyə o bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mərzui isə qeyd edib ki, hazırda olduqca iri həcmdə olan ABŞ-ın kommersiya ehtiyatları tükənəcək.