Vergi borcları silinmiş şirkətlərin siyahısı açıqlanıb

14:11 - 17 Yanvar 2017 - İQTİSADİYYAT

Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb. "APA-Economics" xəbər verir ki, siyahıda bir sıra iri şirkətlərin adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, "Total E&P Azərbaycan B.V." şirkətinin Azərbaycandakı nümayəndəliyinin 518 min 227 manat, "BP Pipelines (BTC) Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyinin 469,8 manat, "Azeri Drilling Company" MMC-nin 149 min 470 manat, "Hess (ACG) Limited" şirkətinin Azərbaycandakı filialının 3 mln. 230 min 851,4 manat, "Procter & Gamble Azərbaycan servisləri" MMC-nin 461 min 398,1 manat, "Silk Way Business Aviation" MMC-nin 247 min 647,5 manat, "Statoil Shah Deniz AS" şirkətinin Azərbaycandakı nümayəndəliyinin 640 min 909,2 manat, "Swift Technical (Azerbaijan) LTD" şirkətinin filialının 218 min 144,8 manat, "Aquatech Construction" MMC-nin 982 min 985,9 manat, "Az Yeyinti" MMC-nin 1 mln. 190 min 901,8 manat, "Azeritransport" MMC-nin 574 min 150,3 manat, "Baku Steel Construction" ASC-nin 516 min 490,2 manat, "Budad Food Company" MMC-nin 24 min 852,8 manat, "Çudo Peçka" MMC-nin 815,9 manat, "Köprülüler Grup İnşaat Ticaret Limited Şirketi"nin Azərbaycandakı nümayəndəliyi 20 min 449,7 manat, "Sweet House" MMC-nin 198 min 163,7 manat, Azərbaycan Beynəlxalq Universitetinin 353 min 310 manat, Müstəqil Azərbaycan Universitetinin 98 min 399,9 manat, "İdeal LTD" MMC-nin 105 min 327,3 manat, "A.M.A.Y." ASC-nin 54 min 400,8 manat, "A.M.A.Y." MMC-nin 104 min 945,3 manat, "ADO-G Motors" MMC-nin 18 min 741,4 manat, "Akkord General Construction" MMC-nin 2 min 726,7 manat, "Akkord Nəqliyyat" MMC-nin 84 min 159,8 manat, "Azfen TQ" MMC-nin 167 min 705,6 manat, "Bravo Group" MMC-nin 22 min 515 manat, "Global Stone" MMC-nin 1 mln. 661 min 52,1 manat, "Nurgün-Tradinq LTD" firması 1 min 911,6 manat, "Nur-İnşaat" MMC-nin 3 mln. 839 min 452,9 manat, "Global-Construction" MMC-nin 3 mln. 90 min 234,7 manat, "Transqeyt" MMC-nin 70 min 878,4 manat, "Ashtrom International LTD" şirkətinin Azərbaycandakı filialı 1 mln. 182 min 166,4 manat, "AtaHolding" MMC-nin 795,2 manat, "Caspian American Telecommunications LLC" MMC-nin 141 min 822,5 manat məbləğində borcunun silinməsi təmin olunub.

Xəbər xətti