Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Araik İqoreviç Sarkisyan öldürülüb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun ölüm səbəbi hələlik məlum deyil və araşdırma aparılır. İnformasiyaya əsasən, hadisə Azərbaycan-Ermənistan ordusunun təmas xəttinin cənub-şərq istiqamtində baş verib. O, 1995-ci ildə anadan olubmuş.