Baş prokurorun müavini - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqla əlaqədar vurulmuş ziyan üzrə 6,8 milyon manat ödəməsinə münasibət bildirib.
K.Əliyev bildirib ki, sabiq nazir həmin məbləği təqsirləndirilən şəxs qismində ödəsəydi, indi məhkəmədə olmalı idi.