İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özil Almaniyada 2016-cı ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb. Bu barədə Almaniya Futbol İttifaqının məlumatında bildirilir. Özil 54,5% səs toplayaraq milli komanda yoldaşı və "Real"ın xavbeki Toni Kroosu (33,9%) sanballı səs çoxluğu ilə geridə qoyub. Səsvermədə üçüncü yeri "Köln"in müdafiəçisi Yonas Hektor (4%) tutub.
Bu, Özilin altı il ərzində 5-ci mükafatı olub. O, yalnız 2014-cü ildə Toni Kroosa məğlub olub.