Ağdamda külli miqdarda narkotik aşkarlanıb

16:17 - 13 Yanvar 2017 - HADİSƏ

Ağdamda şübhəli şəxs qismində saxlanılan şəxsin avtomobilində külli miqdarda narkotik tapılıb. APA-nın xəbərinə görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşları Quzanlı qəsəbəsində “VAZ 2107” markalı, 90 BL 104 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib. Baxış zamanı avtomobilin arxa oturacağının altından qurudulmuş marixuana aşkarlanıb.
Kimliyi açıqlanmayan şəxsin Ağcabədi rayon sakini olduğu bildirilir.

Xəbər xətti