Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti , Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 14-16- da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarına yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.