14 yaşlı gənc yol qəzasının qurbanı oldu - Masallıda

11:04 - 13 Yanvar 2017 - HADİSƏ

Masallı rayonunun Ərkivan qəsəbəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Ucnoqta.az istipress-ə istinadən xəbər verir ki, sürücüsünün kimliyi hələ bəlli olmayan VAZ-2101 markalı maşın idarəetməni itirərək  yolun kənarındakı maneəyə çırpılıb. Sürücü hadisədən xəsarətsiz ötüşsə də, maşındakı sərnişin, qəsəbə sakini , 2002-ci il təvəllüdlü Gözəlov Elşad Elşən oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Qəzanın yüksək sürət səbəbindən baş verdiyi istisna edilmir.

Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Xəbər xətti