Rusiyada 5,2 bal gücündə zəlzələ baş verib. "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, yeraltı təkanlar Primorsk vilayətində qeydə alınıb. Zəlzələ ocağı 490 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss edilməyib. Dağıntı və ya tələfat barəsində məlumat verilmir.
Sunami təhlükəsi elan edilməyib.