Cəlilabad rayonunda intihar hadisəsi qeydə alınıb. Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Fətullaqışlaq kənd sakini 1998-ci il təvəllüdlü Tünzalə Əliyeva özünü yaşadığı evin yardımçı təsərrüfatında asaraq intihar edib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.