İsrailin Safed şəhərində Azərbaycanın muğam ifaçısı Elşən Mansurovun konserti keçirilib.
"Report" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası "Azİz"in saytına istinadən xəbər verir ki, konsert şəhərdə fəaliyyət göstərən "Muğam Akademiyası"nda baş tutub.
Bundan əlavə, muğam ifaçısı üç gün ərzində Safeddə ustad dərsləri verib.
Qeyd edək ki, bu, E.Mansurovun İsrailə dördüncü səfəridir.
Xatırladaq ki, Safeddə "Muğam Akademiyası"nı tanınmış israil musiqiçi Perets İliyahu təsis edib.