Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC-yə "Oracle" inzibatçılığının təmin edilməsi, Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sisteminin (DƏQKİS) kadastr modulunun dəstəklənməsi, şəbəkə xidmətlərinin göstərilməsi, veb-serverlərin qurulması və inzibatçılığı sahəsində zəruri olan xidmətlərin göstərilməsinin satın alınması üçün açıq tender elan edib.
Tenderdə iştirak etmək istəyənlər 100 manat iştirak haqqı ödəməlidirlər.
Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən bu il dekabrın 30-na qədər mütəmadi göstərilməlidir. Tender təkliflərinin qiymətləndirilməsində iddiaçının maliyyə təklifi, göstəriləcək xidmətlərə dair tələblər, ixtisaslı kadrların olmasına üstünlük veriləcək.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri fevralın 2-si saat 17:00-dək, tender təklifi və təklifin bank təminatını isə fevralın 13-ü saat 15:00-a qədər İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A, otaq №407, tel.: (+994 12) 565 41 86, e-mail: [email protected] - Sirac Hümbətov) təqdim etməlidirlər.
İddiaçıların təklifləri fevralın 14-ü saat 15:00-da qeyd edilən ünvanda açılacaq.