Bakıda yük maşını 14 yaşlı məktəblini vurub

16:28 - 12 Yanvar 2017 - HADİSƏ

Bakıda yük maşını 14 yaşlı məktəblini vurub. APA-nın məlumatına görə, hadisə Hövsan Bağlar massivində qeydə alınıb. “KamAZ” markalı yük maşını Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Şükürlü Fatimə Sakit qızını vurub. Nəticədə F. Şükürlü ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti