Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib. AMB-dən verilən xəbərə görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib. Sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib. Hərracda ABŞ dollarının orta çəkili məzənnəsi 1,7867 AZN/USD səviyyəsində formalaşıb.