Bakıda mənzildən 12 min dollar oğurlanıb

13:27 - 12 Yanvar 2017 - HADİSƏ

Bakıda mənzildən 12 min dollar oğurlanıb."Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, naməlum şəxslər Asif Məmmədov küçəsi ev 143 ünvanındakı mənzillərdən birindən 500 manat, 1 000 avro və 12 000 ABŞ dollar oğurlayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Xəbər xətti