Müştəri gözləyən taksi sürücüsünü avtomobil vuraraq öldürdü - Bakıda yol kənarında

11:39 - 12 Yanvar 2017 - HADİSƏ

Bakıda avtomobil taksi sürücüsünü vuraraq öldürüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Teymur Əliyev küçəsində "Mercedes" markalı avtomobil yol kənarında dayanan Cəsarət İsayevi vurub. Zərbə nəticəsində yıxılan C.İsayevin baş nahiyəsi asfalta çırpılıb və ölüb.

Qeyd edək ki, C.İsayev taksi fəaliyyəti ilə məşğul olub. Hadisə zamanı o yol kənarında dayanıb müştəri gözləyirmiş.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törədən sürücü saxlanılıb.

Xəbər xətti