Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min rubl aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.