Ağdamın “Qarabağ” klubu Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Ucnoqta.az bu barədə klubun saytına istinadən xəbər verir ki, hazırlığın yeddinci günündə komanda bir məşqlə kifayətlənib.
Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komanda üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçu – Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.
Qeyd edək ki, komandanın sabah üçün iki məşqi nəzərdə tutulub.