Yerevanda uşaq bağçasının qapısında asılı halda olan kişi cəsədi tapılıb. Ucnoqta.az "Report" istinadən xəbər veriri ki, hadisə yerinə gələn polis əməkdaşları və müstəntiqlər asılmış şəxsin Syunik vilayətinin 38 yaşlı sakini Abraham Ağayan olduğunu müəyyənləşdirə bilib. Olay yeri yaxınlığında, həm də "Opel" markalı taksi avtobili tapılıb.
Polisin verdiyi məlumata görə, A.Ağayen evli və iki uşaq atası olub.
Eyni zamanda, A.Ağayanın avtomobil təhlükəsizlik kəməri ilə özünü asdığı müəyyən edilib.
Faktla bağlı ekspertiza təyin edilib, istintaq aparılır.